KORPORATİV VİDEO

Üçüncü Mərhələ
Ev Satışları Başladı

İsveçrənin Qonaqpərvərlik Ənənələri
Qısa Zamanda Açılır

GÜRCÜSTANIN
İLK 5 BEYNƏLXALQ İNVESTORUYUQ!

"Green Diamond"da
Yaşayış Başladı

TƏBİƏTƏ
YAXIN YAŞA

Yaxşı Yemək
Hər Bir İnsanın Haqqıdır

FƏRQLİ, RƏNGLİ
RAHAT

QƏDİM TBİLİSİNİN
GÖZƏLLİYİNİ KƏŞF EDİN

Keyfiyyət
Dizaynla Qarşılaşanda!

BÖLMƏLƏR

Vizyon, Misyon ve Temel Değerlerimiz

MAQRO Group-un vizyonu iqtisadiyyatların ən mühüm sektorlarını təkmilləşdirməklə təqdim etdiyi ölkələrdə gündəlik həyatın yeni standartlarını inkişaf etdirən və tətbiq edən lider şirkət olmaqdır.

MAQRO Group hər kəs üçün daha yaxşı həyat yaradır, çünki hər kəs yaxşı həyata və yaxşı işə layiqdir.

Missiyamızı nəzərə alaraq, Maqro üçün iş aparmağın əsas prinsipləri bunlardır:

ƏTRAFLI BAX

Tariximiz

2013
  1. Maqro Qrupun Gürcüstanda həyata keçirdiyi ilk layihə 2013-cü ildə Acarıstanda açılmış “Maqro Home” subbrendinin “Glorya” mebel fabriki olub. Şirkət ümumilikdə bu layihəyə 15 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

  2. "Maqro Home"-un ilk mebel mağazası “Bellissa” adı ilə açılıb. “Bellissa” “Glorya Fenicha” və digər brendlərin istehsal etdiyi mebelləri istehlakçılara təqdim edir. Sözügedən layihənin ümumi investisiya məbləği 10 milyon ABŞ dolları təşkil edib.

2014
  1. MAQRO Qrup daşınmaz əmlak bazarına MAQRO İnşaat olaraq daxil oldu və Tbilisinin mərkəzində 48 milyon ABŞ dolları dəyərində olan bir sərmayə ilə ən böyük yaşayış layihələrindən biri hesab edilən "Green Budapest"-i başladı.

2015
  1. MAQRO Qrupun Gürcüstanda atdığı digər mühüm addım isə yeni MAQRO Turizm subbrendini yaradaraq turizm sektoruna daxil olmaq və 40 milyon ABŞ dolları dəyərində sərmayə ilə beynəlxalq ACCOR brendi tərəfindən idarə olunan "Mercure Tbilisi Old Town" adlı yeni 4 ulduzlu otelin açılışını həyata keçirmək oldu. 

2016
  1. MAQRO Qrup Gürcüstan bazarında yeni standartlarla yaradılan, sakinlərin rahatlığını təmin edən və məmnunluğuna tam uyğunlaşdırılmış "Green Budapeşt" layihəsini başa çatdırdı.

  2. MAQRO Qrup Gürcüstanda unikal infrastruktura və imkanlara malik, irimiqyaslı yaşayış layihəsi olan "Green Diamond" layihəsinin tikintisinə start verdi. Layihənin ümumi sərmayəsi 120 milyon ABŞ dollarından artıqdır.

  3. MAQRO Qrupun növbəti mühüm addımı 8 milyon ABŞ dolları sərmayəsi Rustaveli küçəsində yerləşən, Avropa standartlarına uyğun olan Dinehall restoranının açılması idi ki, bununla da Maqro Qrup "MAQRO Qida" alt brendi adı altında yeni Qida və İçki sektoruna daxil oldu. 

2017
  1. MAQRO Turizm şirkəti  Gürcüstanda Accor Group tərəfindən idarə olunan, 28 milyon ABŞ dollarlıq sərmayə ilə başa gələn "Ibis Styles City Center" adlı daha bir beynəlxalq brend otelini açdı.

  2. MAQRO Home şirkəti Gürcüstan bazarına yeni, beynəlxalq ev aksesuarları və məişət əşyaları brendi olan Madame Coco-nu gətirdi. Tbilisidə 2 milyon dollarlıq investisiya ilə Madame COCO-nun iki mağazası açıldı.

2018
  1. Green Diamond ilk sakinlərini qarşılayaraq birinci mərhələni vəd edilən tarixdən əvvəl başa vurdu. Bütün infrastruktura malik, 731 mənzildən ibarət kompleksdə insanlar yeni həyata başlamağa hazırdır.

2019
  1. Maqro Qrup Gürcüstanın Bələdiyyə İnkişaf Fondu tərəfindən açıq elan edilən tenderdə uğur qazanaraq Gürcüstanın Zuqdidi şəhərində qaçqınlar üçün 3 uyğun mənzil layihəsinə start verdi.

  2. Maqro Qrup Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun açıq elan etdiyi tenderi uğurla qazanaraq Gürcüstanın Zuqdidi şəhərində qaçqınlar üçün iki mərtəbəli 2 mənzil layihəsinin tikintisinə başladı.

  3. Maqro Turizm Accor Group tərəfindən idarə olunan, 30 milyon ABŞ dolları dəyərində sərmayə ilə baş tutan, daha bir beynəlxalq layihə olan 5 ulduzlu "Swissotel Tbilisi Centre" otelinin tikintisinə başlamışdır.

  4. “Green Diamond” layihəsinin ikinci mərhələsinin başa çatması.

  5. Zuqdidi şəhərində daha bir layihə: Gürcüstanın Bələdiyyə İnkişaf Fondu tərəfindən təşkil olunmuş tender nəticəsində “Maqro Construction” Janaşiya küçəsində yerləşən 5 saylı stadionun bərpasından sonra yeni sintetik futbol meydançalarının tikintisi üçün müqavilə imzalayıb.

Xəbərlər

  • Gürcüstanın Zuqdidi şəhərində 600 məcburi köçkün ailəsi mənzillərlə təmin edilib

    “Maqro İnşaat” LTD Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin sifarişi əsasında Gürcüstanın Zuqdidi şəhərində 600 məcburi köçkün ailəsi üçün irimiqyaslı müasir yaşayış kompleksinin tikintisini başa çatdırıb.

    Tam yaşayışlı mənzillərdən əlavə yeni sakinlər həmçinin yaxşı təchiz edilmiş infrastruktur, giriş yolları, gözəl bağ və uşaq meydançalarından istifadə edə bilərlər. Binalar əlillər üçün də istifadəyə uyğunlaşdırılmışdır.

    “Köçkün icması üçün adekvat infrastruktura malik yaşayış kompleksi tikmək bizim üçün böyük məsuliyyət idi. “Maqro İnşaat” LTD ölkənin inkişafına öz töhfəsini verməkdən ötrü əlindən gələni edir. Söhbət qaçqınların rifahından getdikdə bu məsələ daha da vacib hal alır. Bu, sosial layihə idi və Şirkət üçün mənfəət qazanmaq burada əsas amil deyildi. Sakinlərin xoşbəxt simalarını görmək şirkətin göstərdiyi bütün səylərə dəyərdi”, - “Maqro Qrup”un baş direktoru Murat Avcı bildirib.

    Ümumilikdə, 1400-ə yaxın ailənin Zuqdididəki Baramiya küçəsində yerləşən yaşayış kompleksinə köçməsi məcburi köçkünlərin əvvəllər məskunlaşdıqları 89 dağılmaqda olan binanı bağlamağa imkan verdi.

    ƏTRAFLI OXU
  • Gürcüstanda Bənzərsiz Bir Yaşayış Kompleksi Green Diamond

    Beynəlxalq şirkət olan Maqro İnşaat Gürcüstanda Green Diamond adlı yeni unikal yaşayış kompleksini təqdim edir. #NewtowninNewTbilisi öz sakinlərinə aşağıdakıları təklif edir:

    * 23 143 m2 yaşıllıq sahəsi ilə zəngin 69 444 m2 sahədə tikilmiş İzolyasiyalı Yaşayış Kompleksi 

    * optimal şəkildə planlaşdırılmış və tam təmirli 1772 mənzildən ibarət çoxmərtəbəli bina 

    * İnfrastruktur müxtəlifliyi 

    * 3 halqalı 4 basketbol meydançası 

    * 4 açıq fitnes sahəsi 

    * Qapalı fitnes mərkəzi 

    * Uşaqlar üçün 4 oyun meydançası 

    * müvafiq olaraq 312 m2, 288 m2, 264 m2 sahəsi olan 3 açıq üzgüçülük hovuzu 

    * 832 metr qaçış yolu və gəzinti sahələri 

    * 413 m2 bağı olan, tutumu 100 uşaq üçün nəzərdə tutulmuş, 270 m2-lik uşaq bağçası 

    * 3.780 m2 sahədə yerləşən, 1836 m2 qapalı sahəsi olan, 450 şagird üçün nəzərdə tutulmuş, 4 mərtəbəli məktəb 

    * Restoran və kafe-bar 

    * Ticarət sahəsi (2738 m2, 6 metr hündürlükdə tavan) 

    * Avtomobil dayanacağı  

    * İstirahət zonası 

    * #GreenDiamond yaşayış kompleksinin təhvil verilmə tarixi 2018-ci ildir. 

    #hərkəsüçünhəyat #yenitbilisidəyenihəyat #alifeforeveryone #anewlifeinnewtbilisi

    ƏTRAFLI OXU
  • Stadion - Gürcüstanın Zuqdidi şəhərində yeni layihə

    Stadion - Zuqdididə yeni layihə

    Zuqdididə daha bir yeni layihə: “Maqro İnşaat” MMC tərəfindən süni örtüklü yeni stadion tikiləcək.“Maqro İnşaat” Gürcüstanın Bələdiyyə İnkişaf Fondu tərəfindən elan edilən tender nəticəsində qalib olaraq, Canaşiya küçəsi 5 ünvanında yerləşən stadionun bərpasından sonra yeni sintetik futbol meydançalarının tikintisi üçün müqavilə imzalayıb.

    Bu tenderə aşağıdakı işlər daxildir:

    Əsas Stadion:

    •Mövcud yaşıllıq örtüyünün yenisi ilə əvəzlənməsi.

    •Tribunaların dam-örtük işləri

    •İşıqlandırma işləri

    •Daxili və xarici mühəndis-kommunal  şəbəkələrinin yaradılması

    •Tamamlama işləri

    Ehtiyat stadion:

    •1200 tamaşaçı üçün nəzərdə tutulan tribunanın qurulması

    •Süni örtüklü stadion meydançalarının qurulması

    •Drenaj və suvarma sistemlərinin quraşdırılması.

    •İşıqlandırma sistemlərinin quraşdırılması

    •Daxili və xarici mühəndis - kommunal şəbəkələrinin qurulması

    •Tamamlama işləri

    Tender şərtlərinə görə, qeyd olunan işlər 10 ay müddətində başa çatdırılmalıdır.

    İşlər hazırda davam edir. “Maqro İnşaat” şirkəti artıq ehtiyat stadionu ərazisinin hasarlanması işlərini yekunlaşdırıb və ağır texnika hazırda köhnə yararsız obyektləri yerindəcə sökür.

    ƏTRAFLI OXU
  • 2022-ci ilin əvvəlində Tbilisidə yeni 5 ulduzlu "Swissotel Tbilisi Center" Otel açılacaq.

    2022-ci ilin əvvəlində Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeni 5 ulduzlu Swissotel Tbilisi Center oteli açılacaq. Bu, Maqro QrupAccor Qrupun birgə beynəlxalq şəbəkəli layihəsidir. Açılış 2022-ci ilin I rübünə planlaşdırılır. Swissotel Tbilisi Center-in 140 fərqli növdən olan otaqları arasında Swiss Business Advantage, Swiss Vitality, Deluxe King və Suite kimi otaqlar da vardır.

    Swissôtel Hotels & Resorts ən müasir şəraiti və unikal yerli xarakteri ilə vurğulanmış, dəbdəbəli dizayna malik yaşayış yeri olan bir oteldir. Bura həm istirahət edən, həm də işgüzar səfər edən insanlar üçün uyğun bir məkandır.

    Həmçinin Swissotel Tbilisi öz qonaqlarına PUROVEL SPA və müxtəlif tipli iclas otaqları təklif edir. Ziyarətçilərin ləzzətli yeməklərdən və göstərilən ən yaxşı xidmətdən həzz ala biləcəkləri, ən üst mərtəbədə (damda) yerləşən unikal restoran da vardır.

    Yaxşı düşünülmüş dizayn, yüksək keyfiyyətli tikinti və davamlılıq sayəsində Accor Qrup brendi bütün dünyada şöhrət qazanmışdır.

    Swissotel Tbilisi oteli Accor QrupMAQRO Qrupun uğurlu əməkdaşlığının digər bir nümunəsidir. Əvvəlki nümunələrə isə Tbilisidəki IBIS- Styles Mercure Tbilisi Old Town Hotels otellərini misal çəkmək olar.