Haqqımızda

Maqro İnşaat

"MAQRO İnşaat Maqro Qrupun əsas təkanverici qüvvəsidir.Şirkət insanların özünü rahat hiss edəcəyi yaşayış kompleksləri, otellər, restoranlar, mağazalar və ofislər inşa edir."

MAQRO İnşaat Maqro Qrupun əsas təkanverici qüvvəsidir. Şirkət insanların özünü rahat hiss edəcəyi yaşayış kompleksləri, otellər, restoranlar, mağazalar və ofislər inşa edir.

Maqro İnşaat müştərilərin istifadə edə biləcəyi şəhər yaşıllıqlarını və istirahət yerlərini də yeniləyir, bəzəyir və planlaşdırır. Beləliklə, "Maqro İnşaat" öz vədini yerinə yetirir. Şirkət uğurunun sirri müştərilərinin ona olan etibarıdır.

Maqro İnşaatın əsas gücü yüksək peşəkarlığa malik, memar və dizayner mütəxəssislərindən ibarət qrupa sahib olmasıdır. Komanda müştərilərin və qonaqların bütün gözləntilərini qarşılayacaq rahat, müasir və gözəl məkanlar yaratmaqdan ötrü müvafiq sahələrdə ən son standartlara riayət edir. Mənzillərin optimal şəkildə planlaşdırılması təqdim edilən məhsulları unikal etməklə yanaşı, həm də müştərilərini məmnun edir.

Maqro İnşaat müştəriləri üçün daha rahat və yaxşı yaşayış yerləri təmin etmək məqsədilə layihələr işləyib hazırlayır və onları inkişaf etdirir. Maqro İnşaat müştərilərinə təbiətlə təmasda bir həyat təqdim etmək üçün inşaat fazasında bütün mühəndislik göstəricilərini optimal səviyyədə saxlamaqla və yüksək keyfiyyətli markalarla əməkdaşlıq etməklə yaradıcı memarlıq komandası ilə birgə davamlı binalar, o cümlədən komplekslər inşa edir.

Aparılan bütün bu işlərin əsas məqsədi şəhərin mərkəzində yeni və müasir yaşam konsepsiyalı təhlükəsiz, dinc və təbii bir sosial məkan yaratmaqdır. Maqro İnşaat insanlara hər zaman əvvəldən axıradək yüksək keyfiyyətli xidmət göstərəcəkdir. Fəaliyyətini bu şəkildə davam etdirməklə insanlara dəyər verdiyini bir daha nümayiş etdirəcəkdir.

Layihələr

Green Diamond

""Tbilisidə Yeni Bir Həyat Başlayır""
Maqro İnşaat Green Budapeşt yaşayış kompleksi ilə qazandığı nüfuzu daha da möhkəmləndirərək hazırda 70.000 kvadratmetrlik unikal yaşayış sahələrinə malik daha bir Avropa standartlı Green Diamond yaşayış kompleksini tikir.
Green Diamond şəhər mərkəzindən cəmi 8 km məsafədə, Diqomidə yerləşir. Bura insanlara təbii mühit, təmiz hava və sakit atmosfer təklif edir. Premium səviyyə kimi dəyərləndirilən bu xüsusiyyətlər investorlar tərəfindən qaçırılmamalı olan bir fürsət kimi təqdim edilir. Green Diamond ən məşhur klinikaların, şəhərin ən böyük ticarət mərkəzi olan Tbilisi Mall-un və beynəlxalq yarışlara ev sahibliyi edən Olimpiya obyektlərinin yerləşdiyi rayonda yerləşən gizli bir oazisdir.

Layihə şəhər sakinlərinə təbiətin əhatəsində, şəhərin səs-küylü ritmindən uzaq yaşıl mühitdə yaşamaq imkanı təklif edir. Sahəsi 34-250 kvadratmetr arasında dəyişən, 2-6 otaqlı 1772 mənzildən ibarət olan, 3 mərhələli şəkildə tamamlanması nəzərdə tutulan “Green Diamond” yaşayış kompleksinin tikintisi 2016-cı ilin may ayında başladı. Yeni Green Diamond layihəsi ilə Maqro İnşaat insanlara unikal, dəbdəbəli, rahat və sərfəli həyat təklif edir.Green Budapeşt yaşayış kompleksində olduğu kimi, Green Diamond sakinlərinə hər bir avadanlıq ilə tam təchiz olunmuş evlər təhvil veriləcəkdir. Bütün mənzillərdəki mətbəxlər məişət əşyaları, soba, qaz plitəsi və davlumbaz kimi məişət texnikaları və şkaflarla təchiz olunacaqdır. Sakinlər yaradılmış xüsusi landşaft zonaları sayəsində təbiətdən həzz ala biləcəklər. Sakinlər günə pəncərələrdən gələn təmiz hava və nəqliyyatın səsi əvəzinə quşların şirin civiltisi ilə başlayacaqlar.Green Diamond sakinlərinə üç üzgüçülük hovuzu, dörd açıq idman meydançası, dörd uşaq meydançası, yeddi pavilion (besedka), gəzinti və qaçış yolları, dörd basketbol meydançası, 17 sosial terras və qapalı fitnes mərkəzi, həmçinin aptek, supermarket kimi ticarət obyektləri, uşaq bağçası və məktəb daxil olan çoxsaylı abadlıq obyektləri ilə zəngin yeni həyat tərzi təklif ediləcəkdir.Green Diamond-da əmlak alarkən həmin imtiyazlar sakinlər mənzillərə köçdükdən sonra da hökm sürəcəkdir. Mənzillərin təhvil verilmə tarixindən sonra bir il müddətində Maqro İnşaat öz müştərilərinə bütün texniki məsələlər, təmir və texniki xidmət işləri ilə bağlı peşəkar xidmət göstərəcəkdir. Bundan əlavə, peşəkar xidmətlər çərçivəsində yaşayış kompleksinin girişləri kimi ümumi sahələrin təmizlənməsi və baxımı da mütəmadi olaraq həyata keçiriləcəkdir.

Layihələr

Green Budapest

"Təbiətə Yaxın Yaşa"
Maqro İnşaat 2014-cü ildə Tbilisinin mərkəzində şəhərin infrastrukturunu təkmilləşdirmək və gözəlliyini artırmaq məqsədilə 11 700 m2 sahədə tikilmiş 350 mənzilli Avropa standartlarına cavab verən unikal irimiqyaslı yaşayış kompleksi olan Green Budapeşt layihəsinə start verdi.
Green Budapeşt ölkədə mətbəx və hamam otağı mebeli, texniki avadanlıq və aksessuarlar da daxil olmaqla tam təchiz olunmuş mənzillər təklif edən ilk layihələrdən biri olub. Bu qərar sakinlərin ərazidə yaşamağa başladıqdan sonra hər hansı bir narahatlıq, toz və səs-küyə məruz qalmaması üçün qəbul edilmişdi.Hər bir mənzildə mərkəzi istilik sistemi, qoşa şüşəli pəncərələr, çuqundan olan ön qapı, mətbəx və hamam otağında səs sistemləri kimi texniki qarnitura, giriş qapısında domofon sistemləri, pult və s. kimi hər cür şərait vardır.

Adından da göründüyü kimi layihə üçün ətraf mühit və yaşıllıq prioritetdir. Green Budapeşt kompleksində 3.500 m2 landşaft və yaşıllıq sahəsi, basketbol meydançası və uşaq meydançaları vardır.Landşaft dizaynerlərinin yaratdığı sıx yaşıllıqla örtülü mühit sakinlərin gündəlik əhval-ruhiyyəsinə müsbət təsir göstərən dinc, təbii və sağlam mühiti təklif edir.Təmiz hava, yaşıl çəmənliklər, idman meydançaları, bir sözlə buradakı hər şey Maqro İnşaat müştərilərinin özlərini yaxşı, rahat və dinc bir mühitdə hiss etmələri üçün düşünülübdür.Kompleks hər biri 15 ilə 23 mərtəbə arasında dəyişən dörd blokdan ibarət, 42 m2 ilə 407 m2 arasında dəyişən planlı fərdi mənzillərdən ibarətdir. Green Budapeşt kompleksi 48 milyon dollar sərmayə ilə tikilibdir. Kompleks yüksək keyfiyyətli materiallardan və işçi qüvvəsindən istifadə etməklə Avropa standartlarına uyğun inşa edilib.

Haqqımızda

Maqro İnşaat

"MAQRO İnşaat Maqro Qrupun əsas təkanverici qüvvəsidir.Şirkət insanların özünü rahat hiss edəcəyi yaşayış kompleksləri, otellər, restoranlar, mağazalar və ofislər inşa edir."

MAQRO İnşaat Maqro Qrupun əsas təkanverici qüvvəsidir. Şirkət insanların özünü rahat hiss edəcəyi yaşayış kompleksləri, otellər, restoranlar, mağazalar və ofislər inşa edir.

Maqro İnşaat müştərilərin istifadə edə biləcəyi şəhər yaşıllıqlarını və istirahət yerlərini də yeniləyir, bəzəyir və planlaşdırır. Beləliklə, "Maqro İnşaat" öz vədini yerinə yetirir. Şirkət uğurunun sirri müştərilərinin ona olan etibarıdır.

Maqro İnşaatın əsas gücü yüksək peşəkarlığa malik, memar və dizayner mütəxəssislərindən ibarət qrupa sahib olmasıdır. Komanda müştərilərin və qonaqların bütün gözləntilərini qarşılayacaq rahat, müasir və gözəl məkanlar yaratmaqdan ötrü müvafiq sahələrdə ən son standartlara riayət edir. Mənzillərin optimal şəkildə planlaşdırılması təqdim edilən məhsulları unikal etməklə yanaşı, həm də müştərilərini məmnun edir.

Maqro İnşaat müştəriləri üçün daha rahat və yaxşı yaşayış yerləri təmin etmək məqsədilə layihələr işləyib hazırlayır və onları inkişaf etdirir. Maqro İnşaat müştərilərinə təbiətlə təmasda bir həyat təqdim etmək üçün inşaat fazasında bütün mühəndislik göstəricilərini optimal səviyyədə saxlamaqla və yüksək keyfiyyətli markalarla əməkdaşlıq etməklə yaradıcı memarlıq komandası ilə birgə davamlı binalar, o cümlədən komplekslər inşa edir.

Aparılan bütün bu işlərin əsas məqsədi şəhərin mərkəzində yeni və müasir yaşam konsepsiyalı təhlükəsiz, dinc və təbii bir sosial məkan yaratmaqdır. Maqro İnşaat insanlara hər zaman əvvəldən axıradək yüksək keyfiyyətli xidmət göstərəcəkdir. Fəaliyyətini bu şəkildə davam etdirməklə insanlara dəyər verdiyini bir daha nümayiş etdirəcəkdir.

Layihələr

Green Diamond

""Tbilisidə Yeni Bir Həyat Başlayır""
Maqro İnşaat Green Budapeşt yaşayış kompleksi ilə qazandığı nüfuzu daha da möhkəmləndirərək hazırda 70.000 kvadratmetrlik unikal yaşayış sahələrinə malik daha bir Avropa standartlı Green Diamond yaşayış kompleksini tikir.

Layihə şəhər sakinlərinə təbiətin əhatəsində, şəhərin səs-küylü ritmindən uzaq yaşıl mühitdə yaşamaq imkanı təklif edir. Sahəsi 34-250 kvadratmetr arasında dəyişən, 2-6 otaqlı 1772 mənzildən ibarət olan, 3 mərhələli şəkildə tamamlanması nəzərdə tutulan “Green Diamond” yaşayış kompleksinin tikintisi 2016-cı ilin may ayında başladı. Yeni Green Diamond layihəsi ilə Maqro İnşaat insanlara unikal, dəbdəbəli, rahat və sərfəli həyat təklif edir.Green Budapeşt yaşayış kompleksində olduğu kimi, Green Diamond sakinlərinə hər bir avadanlıq ilə tam təchiz olunmuş evlər təhvil veriləcəkdir. Bütün mənzillərdəki mətbəxlər məişət əşyaları, soba, qaz plitəsi və davlumbaz kimi məişət texnikaları və şkaflarla təchiz olunacaqdır. Sakinlər yaradılmış xüsusi landşaft zonaları sayəsində təbiətdən həzz ala biləcəklər. Sakinlər günə pəncərələrdən gələn təmiz hava və nəqliyyatın səsi əvəzinə quşların şirin civiltisi ilə başlayacaqlar.Green Diamond sakinlərinə üç üzgüçülük hovuzu, dörd açıq idman meydançası, dörd uşaq meydançası, yeddi pavilion (besedka), gəzinti və qaçış yolları, dörd basketbol meydançası, 17 sosial terras və qapalı fitnes mərkəzi, həmçinin aptek, supermarket kimi ticarət obyektləri, uşaq bağçası və məktəb daxil olan çoxsaylı abadlıq obyektləri ilə zəngin yeni həyat tərzi təklif ediləcəkdir.Green Diamond-da əmlak alarkən həmin imtiyazlar sakinlər mənzillərə köçdükdən sonra da hökm sürəcəkdir. Mənzillərin təhvil verilmə tarixindən sonra bir il müddətində Maqro İnşaat öz müştərilərinə bütün texniki məsələlər, təmir və texniki xidmət işləri ilə bağlı peşəkar xidmət göstərəcəkdir. Bundan əlavə, peşəkar xidmətlər çərçivəsində yaşayış kompleksinin girişləri kimi ümumi sahələrin təmizlənməsi və baxımı da mütəmadi olaraq həyata keçiriləcəkdir.

Sayta keç