Tariximiz
Tariximiz
Maqro Qrup 2013-cü ildən Gürcüstan bazarına sərmayə qoymağa başladı və 5 il ərzində müxtəlif sahələrdə fərqli uğurlu layihələr həyata keçirdi. Maqro Qrupun qurulduğu andan etibarən bugünə qədər uğurunu təyin edən əsas amillər ölkənin iqtisadi inkişafına töhfə verməsi, həyat keyfiyyətini və iş şəraitini yaxşılaşdırmasıdır.
Maqro Qrup fəaliyyət göstərdiyi 5 il ərzində məqsədlərinə çataraq uğur qazandı. Yenə də bu nailiyyətlərlə kifayətlənməyərək şirkət öz uğurlu tarixini davam etdirib daha əhəmiyyətli və maraqlı layihələr həyata keçirməyi planlaşdırır.
Maqro Qrup Gürcüstan bazarında öz fəaliyyətini seçilmiş dörd istiqamətdə aktiv və intensiv şəkildə həyata keçirir; hər gün keyfiyyəti artırmaq və müştəri yönümlü bir iş qurmaq üçün bu istiqamətə yönələn gündəlik səylərini davam etdirir.
Maqro Qrup gələcəkdə iş sahələrini genişləndirməkdən ötrü alternativləri araşdırıb nəzərdən keçirir, bununla belə qarşıya qoyduğu məqsədlərə də sadiq qalır. Bu məqsədlər şirkəti müştəri yönümlü və işçiyönümlü bir şirkət edir. O cümlədən, bunlar hamısı böyük sosial məsuliyyət ilə də sıx əlaqədardır.