Fəlsəfəmiz
Fəlsəfəmiz
MAQRO Qrupun loqosu qızıl qradientli, dairə formalı latın əlifbasının Q hərfindən əmələ gəlib. Ümumilikdə, latın əlifbasının Q hərfi üç müxtəlif ölçülü dairədən, yəni ellipsdən və şəkilli təfəkkür təsvirindən yaradılmışdır.
MAQRO Qrupun loqosu yaradılarkən burada dairə təsadüfi seçilməmişdir. Dairə geniş mənaya malik universal bir simvoldur. Dairə ümumilik, bütövlük, əsli mükəmməllik, Mənlik, sonsuzluq, əbədilik, zamansızlıq, bütün dövri hərəkətlər, Tanrı, Günəş, hərəkət edən hər şeyin daimi hərəkəti, kainatın böyük ritmi, sonsuz inkişaf …… anlayışlarını təmsil edir.
Latın əlifbasının stilizə edilmiş Q hərfi üç dairədən hazırlanmışdır. O, həmçinin MAQRO Qrupun “İnsanları Düşünərək” şüarına birbaşa cavab verən, insanların təfəkkür prosesini təcəssüm etdirən piktoqrafik təsvirdir.
MAQRO Qrup loqosunun rəngi uğur, zənginlik, rifah, sevgi və müdrikliyi tərənnüm edən qızılı gradientdən götürülüb. MAQRO Qrupun, eləcə də onun cəlb etdiyi şirkətlərin və fəaliyyətlərinin fəlsəfəsi məhz bu simvolların əhəmiyyətinə əsaslanır.