Hörmətli Həmkarlar və Tərəfdaşlar,

Maqro Qrup olaraq biz Gürcüstanda inşaat və inkişaf, otel və yaşayış, mebel istehsalı, pərakəndə satış və qida sektorlarında fəaliyyət göstərən beş ən böyük xarici investorlardan biri olmaqdan qürur duyuruq.

Maqro Qrup bütün fəaliyyətlərində ən yüksək keyfiyyəti təmin edə bilən, motivasiya dolu, güclü və məqsədyönlü bir idarəetmə qrupu tərəfindən idarə olunur. Təxminən 750 işçidən ibarət komandası ilə şirkət öz müştərilərinə yüksək keyfiyyətli həyat səviyyəsini təmin etmək kimi bir missiyaya sadiqdir və bunu həyata keçirəcəyinə tam olaraq inanır.

Maqro Qrup inşaat sektorunu insanlar üçün keyfiyyətli bir mühitin və həyatın yaradılmasında böyük rol oynayan yaradıcı bir sahə olaraq görür. Məhz bu səbəbdən Maqro İnşaat Maqro Qrupun aparıcı qüvvəsidir. İqtisadiyyatın əsas gücü olan inşaat sənayesi dünya miqyasında və gələcəkdə inkişaf etmək potensialına malik olduğu üçün son dərəcə perspektivli hesab edilən bir sahədir. Dünyada bir çox iqtisadi sahələrin inkişafı inşaat sektoruna əlavə üstünlüklər verəcək və bu sektorun rəqabət qabiliyyətini daha da artıracaqdır. Maqro Qrup olaraq rəqabət amilinin iş sektorunda daha çox imkanlar yaratdığını bildiyimiz üçün işimizi genişləndirməyi planlaşdırır, tək bir bazarla məhdudlaşmadan qlobal bazara çıxmağı düşünürük.

Ekoloji cəhətdən təmiz və sağlam bir mühitdə yaşamaq hər bir insanın əsas haqqıdır. Buna inanaraq  şirkətimiz  bu istiqamətdə keyfiyyəti və müştəri məmnuniyyətini ən doğru şəkildə təmin etmək üçün əlindən gələni edir.

Şirkətimizin vizyonu insanların həyatını daha rahat, dəyərli, inteqrasiyalı, xoş və sabit hala gətirəcək həllərdən ibarətdir. MAQRO Qrupun etibarlı bir şirkət olduğunu göstərməkdən ötrü hər birimiz üzərimizə  əlavə məsuliyyət və öhdəlik götürməyə hazırıq. İşimizə olan sadiqliyimiz, eləcə də uğurumuz müştərilərimizin bizə güvəndiyinə və bazarda çox sürətlə inkişaf edən şirkətlərdən biri olduğumuza dəlalət edir. Bu vəziyyət üzərimizə düşən məsuliyyəti daha da artırır. Buna görə də özümüzə qarşı daha yüksək standartlar qoymağın lazım olduğunu gözəl başa düşürük. Şüarımız və inancımız da buna xidmət edir. Şüarımız "İnsanlar üçün İnsanlar barədə Düşünmək", inancımız isə "Xərcləri aşmamaq, Vaxtı keçməmək”dir.

Maqro Qrup olaraq bağlı olduğumuz sektorların və cəmiyyətin bizə verdiyi etibar və məsuliyyəti qorumaq bizim üçün çox vacibdir. Bu istiqamətdə peşəkarlığımızı qoruyub saxlamaq, etik qaydalara riayət etmək, hər zaman vicdanlı və ədalətli olmaq bizim əsl qayəmizdir. Eyni zamanda cəmiyyətin etibarını itirməmək və bu etimadı nəyin bahasına olursa olsun qorumaq MAQRO Qrupun əsas vəzifəsidir.

Qürur duyulası məqamlarımız çox olsa da, işimizin hələ başlanğıc mərhələsindəyik. Bu səbəbdən hədəflərimizi böyük tutur, inkişafımızın qlobal miqyasda davamlı olacağına ümid edir və hədəflərimizi bu istiqamətdə planlaşdırırıq.