Maqro Qrupun 2013 -cü ildən bəri həyata keçirdiyi uğurlu layihələr aşağıdakılardır:

Green Budapest və Green Diamond yaşayış kompleksləri; Mercure Tbilisi Old Town və Ibis Styles Tbilisi Center otelləri; Glorya mebel istehsalı fabriki və Bellissa mebel mağazası; Madamme Coco ev aksessuarları mağazası; Dinehall restoranı.

Bu cür uğurlu layihələrin əsas təkanverici qüvvəsi həyatın və fəaliyyətin bütün sahələrində yüksək keyfiyyət standartlarını təmin edən Smart Yaşam və Smart İş konsepsiyalarıdır. Buna görə də şirkət müştərilərinə və işçilərinə ən yaxşı xidmət və iş şərtlərini təklif edir. Bu, təkcə Maqro Qrupun imici deyil, həm də onun kredosu, başqa sözlə desək, etibar mənbəyidir.