Haqqımızda
Maqro Food
"Maqro Food-un məqsədi qonaqların isti və zərif atmosferdə sıfırdan hazırlanmış ən təzə və dadlı yeməklərdən zövq almalarını təmin etməkdir."
“Maqro Food”-un məqsədi qonaqların mülayim və zərif atmosferdə sıfırdan hazırlanmış, ən təzə və ən dadlı yeməklərdən həzz almalarını təmin etməkdir.
Maqro Food kafe və restoran sənayesində fərqliliyə nail olmağı və davamlı müvəffəqiyyət əldə etməyi qarşısına hədəf olaraq qoymuşdur. O cümlədən işçilərinin və müştərilərinin hər zaman məmnuniyyətini təmin etməyi də əsas hədəflərindən birinə çevirib.
Şirkətin missiyası uğurlu və gəlirli biznes modelindən istifadə edərək yerli və xarici müştərilərə beynəlxalq səviyyəli, yüksək keyfiyyətli müştəri xidməti göstərmək, eyni zamanda müştərilərin istəklərini dəqiq müəyyən etmək, o cümlədən təşkilati və əməliyyat proseslərində mükəmməlliyə nail olmaqdır.
Menyu məhdud və unikal xidmət göstərən, “Az olsun, yaxşı olsun” konsepsiyasına əsaslanır. Restoranda beynəlxalq mətbəxin təamları ilə yanaşı, həm də ənənəvi gürcü yeməkləri təklif edilir. Gürcüstan şərab ölkəsidir və Dinehall konsepsiyası da həmçinin şərab üzərində qurulub. Ölkə həm də gənc və istedadlı rəssamları ilə tanınır. Dinehall həmçinin məşhur gürcü rəssamlarının əsərlərini sərgiləməklə incəsənətə dəstək verir. Dinehall qonaqların biznes nahar, ailə şam yeməyi və ya daha böyük korporativ tədbirlər üçün seçim edə biləcəyi çoxyönümlü bir restorandır. Dinehall-un gənc komandası təzə-gündəlik, mehriban və rahat atmosfer yaratmağa çalışır.