MEDİA
MAQRO İnşaat Gürcüstandakı Green Diamond layihəsinin sakinlərinə hədiyyələr verir
Beynəlxalq İnşaat Şirkəti olan Maqro İnşaat Green Budapeşt layihəsindən sonra irimiqyaslı Green Diamond layihəsinə start verdi. Sentyabr ayında Green Diamondun 30 sakini mükafatlandırıldı.
Sözügedən yaşayış kompleksinin sahiblərinə hədiyyələrin verilməsi prosesi ilk dəfə deyil ki, həyata keçirilir. Tikinti şirkəti həmçinin Green Budapeşt sakinlərini də hədiyyələrlə təmin edib. Bu dəfə şirkət ev məişət əşyalarını birinci, yüzüncü, iki yüzüncü və üç yüzüncü sakinə - müştəriyə hədiyyə kimi təhvil verib.
Mükafatlandırılan sakinlərin mənzillərinə soyuducular, paltaryuyan maşınlar və qabyuyan maşınlar gətirilib.
Hədiyyələr ev sahiblərinə Green Diamond layihəsinin siması və məşhur gürcü futbolçusu olan Arçil Arveladze tərəfindən verilib.
Açi Arveladze bildirib: “Bu gün biz birinci, yüzüncü, iki yüzüncü və üç yüzüncü alıcılarımızı ev məişət əşyaları ilə mükafatlandırdıq. Onların məhz Green Diamond layihəsini seçdiklərinə görə xoşbəxtəm. Əlbəttə ki, bu ənənə sadəcə bir dəfə üçün deyildir, həm də gələcəkdə də davam etdiriləcəkdir. Ümidvaram ki, mənzillərin çoxu satılacaq və biz də öz növbəsində bir çox müştərilərimizi mükafatlandıracağıq. Fikrimcə, bu yaxşı bir reklam kampaniyasıdır."
Green Diamond sakinlərindən biri Maka Baghaşvili deyir:" Ev axtararkən Maqro İnşaatdan bir mesaj aldım. Ofisim Green Budapeştin yanında yerləşir və bu gözəl binanın necə tikildiyini görə bilirdim. Bunu çox bəyəndim və buna görə çox düşünmədən şirkətə getdim. Xoşbəxtlikdən, ilk podratçı (müqavilə bağlayan adam) olduğumu anladım. Onlar mənə hədiyyələr verdilər və mən çox xoşbəxt idim. Bu, çox gözlənilməz və xoş sürpriz oldu.”
“Mükafatlandırılan sakinlərin sözlərinə görə, onların “Green Diamond”da mənzil almağa qərar vermələrinin əsas səbəbi kompleksin ekoloji cəhətdən təmiz mühitə malik olması idi. Onların sözlərinə görə, binanın yerləşmə məkanı, daha az səs-küylü yerdə olması, təmiz havası, eləcə də bütün əsas bazarlıq və digər bu kimi mərkəzlərə yaxın olması çox gözəl amildir.
Green Diamond sakini Eka Sisauri deyir: "Mənzil almaq qərarına gələndə bir neçə şirkətə müraciət etdim. Onlar mənə öz şərtlərini təklif etdilər, lakin mən Maqro İnşaatın təklifini ən uyğun təkliflərdən biri olaraq gördüm. Onların təklif etdiyi şərtlər mənim ehtiyaclarımla üst-üstə düşürdü. Təsadüfən mən yüzüncü podratçı (alıcı) olduğumu öyrəndim və həqiqətən yeni mənzilim üçün ehtiyacım olanları hədiyyələr şəklində mənə verdilər. "
Green Diamond sakini Nanuka Todua: "Yəqin mənimlə razılaşarsınız ki, yaxşı bir mənzil tapmaq çox çətindir. Bu şirkət tikinti layihəsini icra etdiyi müddətdə mən mənzil axtarırdım. Təbii ki, bir neçə şirkətin təklifini nəzərdən keçirirdim, lakin seçimimi Green Diamond layihəsi üzərində saxladım. Gürcüstanın müasir ekoloji problemlərini nəzərə alaraq onların fikirləri mənim üçün məqbul idi. Yeri gəlmişkən, bu problem təkcə Gürcüstanda hökm sürən problem deyil. Mən təmiz mühitdə və sakit bir məhəllədə yaşayacağam. Xoşbəxtlikdən, mən şanslı biriyəm, çünki onlar mənə zəng vurub dedilər ki, qalib olmuşam və mənzildə məni çox gözəl hədiyyələr gözləyir”.
Green Diamond sakini Nino Kalandadze-Öztürk deyir: "Mən niyə məhz bu şirkəti seçdim? Əvvəla, yerləşmə məkanını çox bəyəndim. Bina tam mənzil almaq istədiyim yerdə tikilirdi. Mən həmçinin Tbilisidə çox nadir hal olan ətraf mühiti, yaşıl təbiəti və təmiz havanı çox bəyənirəm. Bu təklifi qaçıra bilməzdim. Bu şirkətin etibarlı bir şirkət olduğunu bilirəm və buna görə də onu seçdim. Mənzil aldım və sonra qaliblərdən biri oldum."
Green Diamond layihəsində hədiyyələrin paylanması prosesi davam edir və siz də tezliklə növbəti qalib ola bilərsiniz.
Green Diamond layihəsi üç mərhələdən ibarətdir. Birinci mərhələ 731 mənzildən ibarətdir. MAQRO İnşaat Şirkəti müştərilərinə hamam qarniturası, mətbəx mebeli və quraşdırılmış məişət texnikası da daxil olmaqla tam təmirli və tam təchiz edilmiş mənzillər təklif edir. Unikal yaşayış kompleksi Tbilisinin ekoloji cəhətdən təmiz ərazisində, Olimpiya obyektlərinin yaxınlığında tikilir. Yaşayış kompleksinin sahəsi 70,000 m2, daxili yaşıllıq ərazisi 23,143 m2-dir. Bu da kompleks sakinlərinə Tbilisidə fərqli yaşamaq imkanı verir.
Yaşayış kompleksində 1772 mənzildən ibarət 23 yaşayış bloku olacaq. Kompleksin sakinləri üçün 3 üzgüçülük hovuzu, 4 basketbol meydançası, 4 açıq fitnes meydançası, 4 uşaq meydançası, 7 pavilyon (besedka), qapalı idman obyekti, gəzinti və qaçış yolu, ticarət sahələri, sosial terraslar, körpələr evi və məktəb olacaqdır.