MEDİA - Maqro.az

Gürcüstanda Gənclər arasında keçirilən Atletika üzrə 2016-cı il Avropa Çempionatı başa çatdı

Çempionata 12 gürcü idmançısı da daxil olmaqla 47 Avropa ölkəsindən cəmi 1000 gənc idmançı qatılıb. Nümayəndə heyətinin üzvləri, o cümlədən hakimlər və məşqçilər Gürcüstanda keçirilən ümumi çempionat çərçivəsində 1500 nəfəri qəbul edib. Avropa Gənclər Çempionatı “Yeni Tbilisi”də, Diqomidəki Atletika Arenasında keçirilib.

Bu beynəlxalq tədbir təşkilatçılarının fikrincə, sözügedən çempionat Gürcüstan üçün tarixi hadisə olub. Çünki Tbilisi ilk dəfə gənclər arasında Avropa Çempionatına ev sahibliyi edirdi. Ev sahibi olmaq üçün əsas rəqib İtaliya idi, lakin Avropa Atletika Federasiyası Konqresinin qərarı Gürcüstanın xeyrinə oldu.

Gənclər arasında Atletika üzrə Avropa Çempionatının qalibi ümumi medal sayı ilə Böyük Britaniya komandası oldu. Gürcüstana gəlincə, atletlər arasında Badri Kimadze ən yaxşı nəticə göstərib və güllə atışında 5 -ci yeri tutub. Çempionata qatılan ümumilikdə 28 ölkə medal qazanıb.

Qaliblər tədbirlərin Platin Sponsoru olan MAQRO İnşaatın Baş Direktoru cənab Murat Avcı,  Layihələrin İnkişafı, İctimaiyyətlə Əlaqələr, Satış və Marketinq üzrə Baş Direktor cənab Oğuz Kaan Karaer və Layihələr üzrə Koordinator cənab Emre Yetişkin tərəfindən mükafatlandırıldı.

Maqro İnşaatın baş direktoru cənab Murat Avcı açıqlamasında “Avropa Atletika Çempionatına sponsorluq etməkdən qürur duyuruq. MAQRO İnşaat hər zaman sağlam həyat tərzinin inkişafına dəstək verir və əməkdaşlıq etməkdən, o cümlədən oxşar tədbirlərdə iştirak etməkdən məmnunluq hissi duyur. Olimpiya komplekslərinə çox yaxın yerdə yerləşən, unikal infrastruktura malik yeni “Green Diamond” layihəsinin tikintisi bizim üçün çox sevindirici bir haldır” - deyə o bildirib.