MEDİA
MAQRO İnşaat: Gürcüstanda etibarın qurulmasının əsas üç ili
MAQRO İnşaat 3 il əvvəl Gürcüstan bazarında yarandı. Eyni zamanda, bu müddət Gürcüstan bazarında inam qazanmaq və ən böyük investorlardan biri olmaq üçün kifayət etdi. “Georgia Today Business” Layihələrin İnkişafı, İctimaiyyətlə Əlaqələr, Satış və Marketinq üzrə İcraçı Direktor cənab Oğuz Kaan Karaerdən müsahibə aldı.
MAQRO İnşaat 2013-cü ildən bəri Gürcüstana böyük investisiyalar qoyur. Bəs Gürcüstan niyə investisiya baxımından bu qədər cəlbedicidir?
Beynəlxalq inşaat şirkəti olan MAQRO İnşaat Gürcüstanın ən böyük investorlarından biridir. Şirkət 2013-cü ildən bəri bənzərsiz konsepsiyaları olan Green Diamond və Green Budapest yaşayış kompleksləri, 4 ulduzlu Mercure Tbilisi Old Town beynəlxalq oteli, Bellissa mebel mağazalar şəbəkəsi, çox zərif interyer dizaynı və kulinariya özəlliyi olan Dinehall restoranı kimi müxtəlif layihələr həyata keçirmişdir.
”Gürcüstanda mövcud olan sağlam və sabit investisiya mühiti göstərdi ki, Gürcüstan bazarında keyfiyyətli tikintiyə ehtiyac var. Buna görə də biz təcrübəmizi bölüşmək və 2013-cü ildə bazara çıxmaq qərarına gəldik. Bu günə qədər 70 milyon ABŞ dollarından çox sərmayə qoymuşuq. Green Diamond və Green Budapest yaşayış kompleksləri beynəlxalq şirkət olan MAQRO İnşaatın geniş miqyaslı investisiya layihələrindəndir.
MAQRO İnşaatda uğurumuzun açarı biznesə cavab verən həssas yanaşma, keyfiyyətə nəzarət və idarəetmə komandasının bazardakı dəyişiklikləri tanıyıb qəbul etməsi və onlara uyğunlaşması bacarığıdır. MAQRO İnşaat Gürcüstan bazarına sərmayə qoymağa davam edir və yaxın gələcəklə bağlı iddialı planları vardır.
Gürcüstan gözləntilərinizi doğrultdumu və Gürcüstanda hazırkı biznes mühitini necə qiymətləndirirsiniz?
"Qeyd etdiyim kimi, Gürcüstanda sağlam biznes mühiti var. Digər ölkələrlə müqayisədə Gürcüstanda daşınmaz əmlak yatırımlarının illik gəlirlərinin göstəriciləri çox yüksəkdir. Bu, daşınmaz əmlak alarkən nəzərə çarpan çox vacib faktlardan biridir. "Green Diamond"a investisiya qoymaq çox sərfəlidir. İlk növbədə, planlama və kompleksin konsepsiyası çox cəlbedicidir. Mənzilin başlanğıc qiyməti 1 kvadratmetr üçün 750 ABŞ dolları təşkil edir, mənzilin tam qiyməti ödənildikdə hər kvadrat metr üçün qiymət endirimlə 637 ABŞ dollarına düşür. 2018 -ci ilin may ayında tikinti başa çatdıqda, müştəri 2 il ərzində təxminən 50-60% mənfəət əldə etmiş olacaqdır. Bunun çox yüksək bir göstərici olması ilə razılaşacağınızı düşünürəm. İkinci nümunəni sizə deyim: Gəlin 43 000 ABŞ dolları dəyərində olan 3 otaqlı mənzili nəzərdən keçirək. Green Diamond yaşayış kompleksində müştəri onu asanlıqla 500 ABŞ dollarına kirayə verə bilər. Bu, sakinlərin sadəcə 7 il ərzində öz gəlirlərini əlavə 14% mənfəətlə geri qaytaracağı anlamına gəlir. Daşınmaz əmlak biznesində illik gəlirin 5-6% olduğu digər ölkələrlə müqayisədə bu dərəcələr həqiqətən yüksəkdir.
Rahat və bənzərsiz ödəniş şərtləri mənzillərin belə bir sürətlə satılmasının əsas səbəblərindən biridir. Mətbəx mebeli, quraşdırılmış qurğular və vanna otağı qarniturası ilə tam təchiz edilmiş təmirli mənzillərin ilkin qiyməti 25 min ABŞ dollarından başlayır. Müştərilər ilkin ödəniş olaraq 2500 ABŞ dolları, aylıq ödəniş olaraq 250 ABŞ dolları ödəməlidirlər. Ödəniş şərtləri müştərilər üçün son dərəcə əlverişlidir: ilkin ödəniş - 10%, ümumi məbləğin digər 30% -i isə 30 aya bölünərək ödənilir və müştərilər ayda yalnız 1% ödəmiş olurlar. Tikinti başa çatdıqda (May, 2018) müştərilər 60% çatdırılma ödənişini ödəməlidirlər. Bu müddət ərzində müştərilər bank kreditindən istifadə edərək kirayə haqqının bir hissəsini kredit vasitəsilə asanlıqla ödəyə, digər hissəsini isə öz məqsədləri üçün istifadə edə bilərlər”.
Gürcüstan xarici investisiyaları cəlb etmək üçün hansı potensiala malikdir?
Hazırda Gürcüstanın biznes mühiti xarici investorlar üçün çox cəlbedicidir, investisiyaların yüksək gəlirliliyi və bürokratiyanın aşağı səviyyədə olması bu faktı bir daha təsdiqləyir. Hökumət burada investorları qoruyur. Belə ki, bütün hüquqi proseslər burada sürətlə gedir, çox vaxt itkisi olmur, maliyyə resursları dondurulmur. Bizə gəlincə, biz ölkədən razıyıq. Buna görə də burada çoxlu layihələr işləyib hazırlayır və daha böyük investisiyalar qoymağı planlaşdırırıq.
Məsələn, biz Green Budapeştin satışlarına 2014-cü ilin sentyabrında başladıq və bu günə qədər onun 90%-ni satmışıq. Green Diamonda gəldikdə isə sadəcə bir ay içində birinci mərhələdə mənzillərin 50% -ni satdıq. Bu nailiyyət şirkətimizi yeni layihələr başlamağa sövq edir. Bunlar bizim şirkət üçün sadəcə rəqəmlər deyil, çünki biz müştərilərimizə çox diqqətlə yanaşırıq və onların ehtiyac və maraqlarını nəzərə alırıq.
Strategiyamız ekoloji cəhətdən təmiz və sağlam ətraf mühitə malik “Green” layihələrinin həyata keçirilməsidir. Mənzillərin təxminən 30%-i investisiya, 70%-i isə yaşamaq məqsədilə alınıb. Yaşayış komplekslərimizdə 35-55 yaş arası, işgüzar həyat tərzi sürən və sabit investisiya qoymaq istəyən insanlar mənzil almışlar. Onların fikrincə bura çox əlverişli məkana və konsepsiyaya malikdir. Ona görə də burada daşınmaz əmlaka və xüsusilə də bizim komplekslərə yatırım etmək çox əlverişlidir.
Digər tərəfdən, həyat şəraitini yaşıl və gözəl məkana, sağlam ətraf mühitə, rahat yerləşmə yerinə, keyfiyyətli tikintiyə dəyişdirmək istəyən ailələr də vardır.
MAQRO İnşaat təzəlikcə yeni, iri miqyaslı investisiya layihəsi olan Green Diamond yaşayış kompleksi layihəsinə start verdi…
MAQRO İnşaatın yeni yaşayış layihəsi olan Green Diamond layihəsi 28 may tarixində başladı. Green Diamond layihəsinin tikintisi üç mərhələdən ibarətdir, birinci mərhələyə 731 mənzil daxildir.
Birinci mərhələ 731 mənzildən ibarətdir. Bu unikal yaşayış kompleksi Tbilisinin ekoloji cəhətdən təmiz ərazisində, Olimpiya obyektlərinin yaxınlığında tikilir. Green Diamond yaşayış kompleksinin yanında Şərqi Avropada bənzərsiz layihə olan bir meqa layihə - Texnologiya Universiteti inşa ediləcək. Yaşayış kompleksinin sahəsi təqribən 70 000 kvadratmetr olacaq, daxili yaşıllıq sahəsi isə 23 143 kvadratmetr olacaq. Bu layihə sakinlərə Tbilisidə fərqli, unikal və sərfəli həyat təklif edir. Yaşayış kompleksində 1772 mənzilli 23 yaşayış bloku vardır. Burada 3 üzgüçülük hovuzu, 4 basketbol meydançası, 4 açıq fitnes meydançası, 4 uşaq meydançası, 7 pavilyon (besedka), qapalı idman obyektləri, gəzinti və qaçış yolları, ticarət sahələri, sosial terraslar, körpələr evi və məktəb də vardır ki, bütün bunlar sakinlərin bütün ehtiyaclarını ödəyəcək.
"Green Budapeşt MAQRO İnşaatın ilk yaşayış kompleksi layihəsi olduğundan bu, şirkətin keyfiyyət üzrə vizit kartına çevrilmişdir. Green Budapeştdə biz mənzilləri təhvil aldıqdan sonra təslim edirik. Belə ki, insanlar mənzillərin yüksək keyfiyyətinə tam əmin ola bilər, çünki Green Diamond-da tikinti və təmir materialları eynilə Green Budapeştdəki kimi olacaqdır. Maqro İnşaat şirkəti Gürcüstanda fəaliyyət göstərdiyi müddətdə insanların etibarını qazanmışdır, çünki Green Budapeşt layihəsinin tikintisi hətta vəd edilən vaxtdan əvvəl yüksək keyfiyyətlə başa çatmışdır. Maraqlanan şəxslər 5 sərgi-salonunun təqdim olunduğu satış ofisinə yaxınlaşa bilər. Green Diamondda istifadə olunacaq materiallar sərgi-salonlarında sərgilənən materiallar ilə eyni olacaqdır.
Müvafiq məhsulun yaradılması, optimal planlaşdırma, uyğun qiymətlər və rahat ödəniş şərtləri Green Diamond layihəsinin uğurlu olması ilə nəticələndi. Beləliklə, insanlar da bu fürsətdən çox yaxşı şəkildə istifadə etdi və bu, sevindirici haldır.
Yaxın gələcəkdə Tbilisi ilə bağlı planlarınız nədir? Gürcüstanın digər şəhərlərində yeni layihələr həyata keçirməyi düşünürsünüzmü?
MAQRO İnşaatın gələcəklə bağlı böyük planları var. Layihələrimizlə çox qürur duyuruq və işimizi hər zaman davam etdirəcəyik. Gürcüstandakı vəziyyət bizə bazarın ehtiyac və tələbatını göstərir. Bu səbəbdən də Tbilisinin ekoloji cəhətdən təmiz ərazisində villalar şəhərciyi tikmək və şəhərin mərkəzində yüksək gəlirli bir yaşayış seqmenti üçün hündür mərətəbəli binalar tikmək qərarına gəldik.
Hava limanına gedən magistral yolda bir torpaq sahəmiz var, orada ev və bəzək əşyaları üçün nəzərdə tutulan hipermarket tikməyi planlaşdırırıq.
Paytaxtdan kənar ərazilərdə mövcud torpaq sahəmizin yerləşdiyi Batumi şəhərinin yaşayış hissəsində tikinti həyata keçirməyi də planlaşdırırıq. Hazırda sizə daha ətraflı məlumat verə bilməyəcəyəm, çünki bunu sürpriz olaraq saxlamaq istərdim.
MAQRO İnşaatın əsas məqsədi qabaqcıl şirkətlərlə uğurlu ortaqlıqlar qurmaq və müştərilərimizə əlavə dəyər gətirən xidmətlər göstərməklə lider olmaqdır. Missiyamız müştərilərimizin gözləntilərini qarşılamaq və yüksək performans göstərərək onların etibarını qazanmaqla davamlı əlaqələr qurmaqdır. MAQRO İnşaat şirkəti beynəlxalq təcrübəyə əsaslanaraq gündəlik işləri icra edir. İcra edilən keyfiyyət sistemi rahatlıq və yüksək keyfiyyətin təminatıdır. Əsas məqsədimiz Gürcüstanda aparıcı tikinti şirkəti olmaqdır.
Tbilisi ilə bağlı təəssüratlarınız nələrdir? İnvestor dostlarınıza Gürcüstan haqqında nə deyərdiniz?
2014-cü ildən bəri Tbilisidə yaşayıram. Ölkədəki abu-havanı, etibarlı mühiti, mehriban və qonaqpərvər insanları çox bəyənirəm. Gürcüstan çox gözəl və maraqlı ölkədir. Ətrafınızda gördüyünüz hər şey əsrlər boyu yaranmış şöhrət və sərvətdir. Təbiəti möhtəşəmdir. Bu kiçik ölkədə alp zonaları, dəniz, mühafizə olunan ərazilər və s. görə bilərsiniz.
Digər investor yoldaşlarıma edəcəyim tövsiyyə odur ki, onlar iş bazarını ələ almaq üçün zəruri hesab edilən optimal zaman idarəetməsi ilə yüksək keyfiyyətli, unikal məhsul təklif etsinlər. Bunlar uğurun əsas komponentləridir.
MAQRO İnşaat üzərinə düşən öhdəliklərə görə böyük məsuliyyət daşıyır və fəaliyyətini həyata keçirərkən müştərilərinin maraqlarını qabaqcadan nəzərə alır. MAQRO İnşaat nəinki Gürcüstan bazarında yüksək keyfiyyətli binalar tikir, həm də gürcü xalqına münasibətdə inam və etibarı təmin edir."