MEDİA - Maqro.az

Gürcüstanın Green Diamond Layihəsi üzrə Press-reliz

Tezliklə Tbilisidə fərqli tipli yaşayış kompleksi tikiləcək. GREEN BUDAPEST layihəsini başa çatdırdıqdan sonra MAQRO İnşaat təxminən 115 milyon ABŞ dolları dəyərində olan irimiqyaslı GREEN DIAMOND investisiya layihəsinə başlayır.

Mayın 28 -də beynəlxalq şirkət olan MAQRO İnşaatın yeni layihəsi GREEN DIAMOND-ın təqdimatı keçirildi. Yeni layihənin investisiya dəyəri 115 milyon ABŞ dollarıdır. Tədbir çərçivəsində həmçinin GREEN BUDAPEST yaşayış kompleksi tikintisinin uğurla başa çatması da qeyd olunub.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini xanım Ketevan Boçorişvili, Gürcüstan hökumətinin  və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərliyi, GREEN DIAMOND simaları Arçil və Şota Arveladze qardaşları, GREEN BUDAPEST sakinləri və yeni layihə ilə maraqlanan potensial müştərilər böyük açılış mərasimində iştirak etdi.

İnanırıq ki, MAQRO İnşaat investisiyaları ölkə iqtisadiyyatının gücləndirilməsinə və Türkiyə ilə Gürcüstan arasındakı əlaqələrin daha da dərinləşməsinə öz dəstək və töhfəsini verəcəkdir. Gürcüstan paytaxtını unikal və tamamilə fərqli bir yaşayış kompleksi olan Green Diamond ilə zənginləşdirməkdən qürur hissi duyuruq” deyə Layihələrin İnkişafı, İctimaiyyətlə Əlaqələr, Satış və Marketinq üzrə Baş Direktor Müavini cənab Oğuz Kaan Karaer verdiyi açıqlamada bildirib.

Yeni tikilmiş GREEN BUDAPEST yaşayış kompleksinin daxilində keçirilən təqdimat mərasimində bildirilib ki, may ayında Diqomidə, Tbilisinin ekoloji cəhətdən təmiz ərazisində, Olimpiya obyektlərinin yanında GREEN DIAMOND layihəsinin tikintisinə başlanılıb.

Tbilisidə 70.000 m2-lik sahədə unikal yaşayış kompleksi tikilir. Burada 23 143 m2-lik yaşıllıqdan ibarət bir həyət ərazisi olacaqdır. Bu da sakinlərə Tbilisidə unikal, yeni, brend markalı, rahat və sərfəli bir həyat təklif edir. Yaşayış kompleksi 1772 mənzilli 23 yaşayış blokundan ibarətdir. Sakinlərin bütün ehtiyaclarını təmin edəcək üzgüçülük hovuzları, uşaq oyun meydançaları, qapalı və açıq idman obyektləri, basketbol meydançaları, gəzinti və qaçış yolları, ticarət sahələri, sosial terraslar, uşaq bağçası və məktəb vardır.

2013-cü ildən bəri MAQRO İnşaat Gürcüstan bazarına 70 milyon ABŞ dolları sərmayə qoyub və əlavə olaraq 150 milyon ABŞ dollarına qədər investisiya qoymağı da planlaşdırır.

Şirkət haqqında məlumat

MAQRO İnşaat 2013-cü ildən bəri Gürcüstan iqtisadiyyatına sərmayə qoyur. Şirkət beynəlxalq şirkətdir və əsasən tikinti sahəsində fəaliyyət göstərir. Maqro İnşaat Gürcüstan bazarına təxminən 70 milyon ABŞ dolları sərmayə qoymuşdur və əlavə olaraq 150 milyon ABŞ dollarına qədər investisiya qoymağı da planlaşdırır.

MAQRO İnşaat bir çox layihələri uğurla başa vurmuşdur. Bu layihələr sırasında GREEN BUDAPEST yaşayış kompleksi, fransız Accor Qrupun 4 ulduzlu Mercure Tbilisi Old Town oteli, BELLISSA Mebel mağazaları şəbəkəsi, Rustaveli prospektində 5 ulduzlu DINEHALL restoranı kimi layihələrin adını çəkmək olar. Açılış mərasimi iyun ayına planlaşdırılır.

Yaxın gələcəkdə şirkət fransız Accor Qrupuna məxsus IBIS Styles Otelinin də inşasına başlamağı planlaşdırır. MAQRO İnşaatın hava limanına gedən magistral yola yaxın yerdə yerləşən 20 000 kvadrat metrlik bir torpaq sahəsi də vardır. Bu ərazidə ev məişət və bəzək əşyaları üçün alış-veriş mərkəzinin inşası planlaşdırılır.