MEDİA - Maqro.az

Gürcüstanda Yaşayan İnsanlar Yaşamaq Üçün Ən Çox Ekoloji Təmiz Olan Əraziləri Seçirlər

Hamıya məlumdur ki, daşınmaz əmlak almaq sərmayə qoymağın ən yaxşı yollarından biridir və Gürcüstanın daşınmaz əmlak bazarı 2008-ci ilin maliyyə böhranından sonra əhəmiyyətli dərəcədə inkişaf edərək artıb. Bu səbəbdən bazarda yeni təkliflər və əlverişli ödəniş şərtləri irəli sürən yeni iştirakçılar ortaya çıxır. Bu cür təklif nəticəsində daşınmaz əmlakın alınması ilə bağlı yeni tələblərə, zövqlərə, davranış tərzinə və üstünlüklərə malik olan istehlakçıların sayı artmışdır.

“Marketer” jurnalı üçün aparılan ACT sorğusuna əsasən, istehlakçıların çoxu mənzilləri yerləşdiyi yerə, eləcə də ekoloji cəhətdən təmiz mühitdə və ofislərə, məktəblərə və ya ticarət mərkəzlərinə yaxın yerləşməsinə görə seçirlər. Tədqiqat göstərdi ki, Saburtalo insanların mənzil almaq istədikləri ən çox arzuolunan yerdir (sorğuda iştirak edənlərin 30%-i); bunun ardınca Didube-Diqomi – 17%; Tbilisinin ətraf əraziləri – 13%, Nadzaladevi – 11%; Vake-Bagebi – 9%, qalan respondentlər paytaxtın digər hissələrini seçdilər. Maraqlıdır ki, Vake bir vaxtlar yaşamaq üçün ən prestijli rayon hesab edilirdi. Halbuki, indi Diqomi bir neçə səs çoxluğu ilə ondan öndədir.

“ACT Business Study”nin Analitik Eksperti Tinatin Basilaşvilinin qeyd etdiyi kimi, şəhərin ən prestijli hissələri hazırda daha az populyarlığa malikdir və insanlar indi səs-küyün, nəqliyyat və çirklənmənin az olduğu hissələrə üstünlük verirlər.

MAQRO İnşaat şirkətinin Layihələrin İnkişafı, İctimaiyyətlə Əlaqələr, Satış və Marketinq üzrə Direktoru cənab Oğuz Kaan Karaerin sözlərinə görə, yeni yaşayış kompleksinin tikintisi üçün yer seçərkən ekologiya, yaşıllıq və təmiz hava kimi amilləri prioritet olaraq seçmişik. Şəhərin mərkəzində urbanizasiya problemi mövcuddur, ona görə də mərkəzdə MAQRO İnşaat tərəfindən təklif olunan fərqli infrastruktura malik Green Diamond kimi yaşayış kompleksinin tikintisi üçün kifayət qədər yer yox idi. “Biz fəxr edirik ki, MAQRO İnşaat cəmi bir həftə ərzində obyektlərin 50%-ni satdı. Diqomini Tbilisinin ekoloji cəhətdən ən təmiz ərazilərindən biri kimi seçmək bizim uğurumuzun əsas səbəblərindən biri idi!” Karaer dedi.

Yaxın gələcəkdə Diqomidə daha bir yeni yaşayış kompleksi tikiləcək. Bu, MAQRO İnşaat şirkətinin digər bir layihəsi olan Green Diamond layihəsidir. Tikinti müddəti üç mərhələni əhatə edir. Birinci mərhələ 731 mənzildən ibarətdir. Tikinti 2018-ci ilin may ayında başa çatacaq. Layihənin icrasına başlandıqdan az sonra mənzillərin yarısı - bir həftə ərzində satılıb.

Unikal yaşayış kompleksi olan Green Diamond öz praktiki yerləşmə məkanına görə xüsusi bir yer tutur. Bu kompleks Tbilisinin ekoloji cəhətdən təmiz ərazisi olan Diqomidə, şəhər mərkəzindən cəmi 8 mil aralıda yerləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, sakinlər kompleksin yaşıllıq əraziləri və təmiz havası sayəsində xaotik şəhər mərkəzindən uzaq olacaqlar.

Yaxınlıqda “New Tbilisi” Olimpiya kompleksinin idman arenaları, Tbilisi Mall ticarət mərkəzi, xəstəxanalar, hipermarketlər və digər mühüm obyektlər yerləşir. Yaxınlıqdakı ABŞ səfirliyi Green Diamond-un təhlükəsizlik aspektini  daha da artırır. Şərqi Avropada unikal meqa layihə olan Green Diamond yaşayış kompleksinin yanında Texnologiya Universiteti tikiləcək. Yaşayış kompleksinin 70.000 m2 sahəsində 23.143 m2 yaşıllıq ərazisi və 1772 mənzilli 23 yaşayış bloku olacaqdır. Bu da Tbilisidə unikal, tamamilə yeni, brend markalı və sərfəli həyat təklif edəcəkdir. Burada üç üzgüçülük hovuzu, dörd basketbol meydançası, dörd açıq idman meydançası, dörd uşaq meydançası, yeddi pavilyon (besedka), qapalı idman sahələri, gəzinti və qaçış yolları, kommersiya sahələri, sosial terraslar, uşaq bağçası və məktəb olacaqdır. Beləliklə, sakinlər bütün ehtiyaclarını ödəyə biləcəkdir.

MAQRO İnşaat bir neçə investisiya layihəsini uğurla başa çatdırıb. Bunlar aşağıdakılardır: Green Budapeşt yaşayış kompleksi, 4 ulduzlu Mercury Tbilisi Old Town oteli, Bellissa mebel mağazaları şəbəkəsi və Rustaveli prospektində beşulduzlu Dinehall restoranı.

Şirkət həmçinin Accor qrupa daxil olan IBIS Styles otelinin tikintisini də planlaşdırır. MAQRO İnşaatın hava limanına gedən şossedə yerləşən 20 000 kv.m.-lik torpaq sahəsi vardır. O, burada ailəvi və bəzək əşyaları üçün nəzərdə tutulmuş nəhəng ticarət mərkəzi tikməyi planlaşdırır.