MEDİA
Gürcüstanda ilk yaşayış layihəsi olan Green Budapeşti tikib təhvil verdikdən sonra MAQRO İnşaat diqqətini Tbilisidə yeni yaşayış layihəsinə yönəltdi. 1772 mənzildən ibarət Green Diamond layihəsi mayın 28-də açılış mərasimi zamanı ictimaiyyətə təqdim edilib. Yeni layihənin təqdimat filmində tanınmış əkiz futbolçular Arçil və Şota Arveladze qardaşları iştirak ediblər.
MAQRO İnşaat Gürcüstana gözəl infrastrukturu, sosial fəaliyyətləri və yaşıl sahəsi olan, 1772 yaşayış mənzilindən ibarət yeni və nəhəng bir mənzil layihəsi təqdim edir.
MAQRO İnşaat şirkətində Layihələrin İnkişafı, İctimaiyyətlə Əlaqələr, Satış və Marketinq Şöbəsinin Rəhbəri olan Oğuz Kaan Karaer ölkədə insanların keyfiyyətli və tam təchiz edilmiş mənzillərə ehtiyacı olduğunu bildirib. Karaer deyib ki, bu cür ehtiyacları qarşılayan layihələr işlənib hazırlanır və onlardan birincisi məhz Green Budapeşt layihəsidir ki, o da artıq təqdim edilib. Karaer həmçinin bildirib ki, onların 1772 mənzildən ibarət yeni layihəsinin satış və marketinq prosesi 28 may 2016-cı il tarixində başlayıb. Layihənin təqdimat filmində tanınmış əkiz futbolçular Arçil və Şota Arveladze iştirak edəcək.
Karaer vurğulayıb ki, onların yüksək keyfiyyətli mənzillərinin yaratdığı güvən hissi bu məhsulların tez və asanlıqla icarəyə götürülməsinə imkan verir. Nəticə etibarilə, o, MAQRO layihələrinə qoyulan investisiyaların icarədən əldə edilən gəlirlə birgə 7-8 il ərzində geri qayıda biləcəyini söylədi.
MAQRO İnşaat tərəfindən həyata keçirilən nəhəng layihə
Tbilisidə tikilən “Green Diamond” layihəsi 1772 yaşayış mənzilindən ibarət olacaq. 70 min kvadratmetr sahədə reallaşan bu nəhəng layihə üzrə təklif ediləcək ödəniş planı ev almaq prosesini daha da asanlaşdıracaq. Layihə 25 000 ABŞ dollarından başlayan qiymətlərlə satışa çıxarılacaq. Green Diamond layihəsində ilkin ödənişi 2.500 ABŞ dolları etməklə, aylıq isə 250 ABŞ dolları ödəməklə ev sahibi olmaq mümkündür.
Layihədə yaşayış 2018-ci ilin may ayında başlayacaq
MAQRO İnşaatda Layihələrin İnkişafı, İctimaiyyətlə Əlaqələr, Satış və Marketinq şöbəsinin rəhbəri olan Oğuz Kaan Karaer bildirib ki, yeni layihədə mənzillər də Avropa standartlarında tikiləcək və tam başa çatdıqdan sonra təhvil veriləcək. “Mənzilləri alan insanlar mənzillərin təhvil verildiyi gün köçüb orada yaşaya biləcəklər. Biz bu layihəni ən qısa zamanda 2018-ci ilin may ayında başa çatdırmağı hədəfləyirik. Bilirik ki, Gürcüstanda 2 il ərzində belə böyük miqyaslı layihədə yaşamağa başlamaq uğurlu bir başlanğıc olacaqdır”, - deyə Karaer bildirib.
Layihə böyük bir universitetlə qonşuluqda olacaq
Oğuz Kaan Karaer regionun inkişafına töhfə verəcək layihənin artan investisiya dəyərini xüsusilə vurğuladı. Karaer Green Diamond layihəsindən 600 metr aralıda yeni bir universitetin inşa ediləcəyini də söylədi. “240 min kvadratmetr sahədə Corciya Texnologiya İnstitutunun təməli qoyulub və tikilməkdədir. Bundan əlavə, bölgədə başqa özəl universitetlər də vardır. Bu layihə yaşamaq və ya kirayə vermək üçün ən əlverişli yerdə yerləşir. Üstəlik, MAQRO-nun göstərdiyi keyfiyyətə və qazandığı etibara istinadən tikilir.
Tbilisidə yüksək standartlara cavab verən kütləvi yaşayış kompleksi
“Green Diamond”-un sosiallaşma üçün zəruri imkanlara sahib olduğunu vurğulayan Karaer layihənin ekoloji baxımdan və yaşıl sahələrinin istifadəsi baxımından fərqlilik yaratdığını söylədi. “Green Diamond” alıcılara çox qiymətli bir fürsət təqdim edir. Tbilisidə yüksək standartlara cavab verən və 1772 yaşayış mənzilinə malik böyük bir məhəllə kompleksi tikilir. Bundan əlavə, bu məhəllənin nəzdində uşaq bağçası, məktəb, üzgüçülük hovuzları, sosial sahələr, açıq və qapalı fitnes mərkəzləri, market, kafe, aptek və s. olacaqdır.
Yeni layihədə ödəniş şərtləri
“Green Diamond”-da vahid qiymətlər 25 000 ABŞ dollarından başlayır. İlkin ödəniş 2500 ABŞ dolları, aylıq ödəniş isə 250 ABŞ dolları olmaqla burada mənzil almaq mümkündür. Mənzillər icarədən əldə edilən gəlir ilə birgə 2 il ərzində onlara qoyulan investisiyanı geri qaytarmağa başlayacaqdır. Green Diamond-a sərmayə qoyan investorlar mənfəəti yalnız 7 il ərzində icarədən əldə edilən gəlirlə birgə tam geri qaytara biləcəklər.
Müştərilər 10% ilkin ödəniş edəcək, daha sonra 30 ay ərzində hər ay ödənişin cəmi 1%-ni etməklə tikinti başa çatdıqda ən azı 60% ödəniş edəcəklər. Müştərilər ilkin ödənişi nə qədər çox etsələr, o qədər çox endirim (15%-ə qədər) əldə edə biləcəklər.
Oğuz Kaan Karaer bildirib ki, Gürcüstanda insanlar öz həyat tərzini yaxşılaşdırmağı və daha yaxşı həyat şəraitinə sahib olmağı çox istəyirlər. Habelə, təəssüf ki, maddi vəziyyət buna imkan vermir. Bu baxımdan Green Diamond ən yaxşı fürsətlərdən biridir. Əlverişli ödəniş şərtlərinə görə insanlar sadəcə ilkin ödəniş (2500 ABŞ dolları) və aylıq ödəniş (30 ay ərzində cəmi 7500 ABŞ dolları) olmaqla, ümumilikdə 10000 ABŞ dolları və icarə haqqının digər 60%-ni ödəməklə mənzil sahibi ola biləcəklər. Son ödəniş dövrü bank kreditindən istifadə edilə biləcək son dövrdür. MAQRO inşaat insanlara müasir və fərqli həyata sahib olmaları üçün misli görünməmiş və uyğunlaşdırılmış ödəniş şərtləri təklif edir.
Qeyd edək ki, bu cür ödəmə müddəti ilə Green Diamond-un tikintisi satışdan əldə olunan gəlirlə deyil, Maqro tikinti şirkətinin öz maliyyəsi hesabına maliyyələşdirilir.
Layihənin reklamını Arçil və Şota qardaşları edəcəklər
Oğuz Kaan Karaer bildirib ki, “Green Diamond” layihəsinin reklam simaları Arçil və Şota qardaşlarıdır. Onlar Green Budapeşt layihəsində mənzil sahibləri arasındadır.
Karaer şirkətin ilk layihəsi olan Green Budapeştdə mənzillərin təhvil verilməsinin bu aydan etibarən başladığını söylədi. “Gürcüstan bazarına biz Green Budapeşt layihəsi ilə girdik. Bu layihə Gürcüstan bazarında həyata keçirdiyimiz ilk layihədir. Biz bu layihəni vaxtında başa çatdırmaqla şirkətin keyfiyyətli iş gördüyünü Gürcüstan ictimaiyyətinə nümayiş etdirə bildik. Green Budapeşt tam təchiz olunmuş 351 evdən ibarətdir. Bu sərmayə Gürcüstan Milli Statistika Bürosunun məlumatına görə ölkədəki 10 ən yaxşı xarici investisiya sırasına daxildir”, - deyə Karaer bildirib.
Qlobal brend yaratmaq məqsədilə işləyən MAQRO İnşaat indiyədək Gürcüstanda müxtəlif sahələrə investisiyalar qoyub. Şirkət Mercure Tbilisi Old Town adlı dörd ulduzlu oteli tikərək onu aparıcı şirkətlər qrupu olan Accor Qrupa təhvil verib.
MAQRO-nun biznes və investisiya mühitindəki əlverişli şərtlərinə görə Accor Qrup yeni layihəsində MAQRO ilə əməkdaşlığı davam etdirir. Şirkət 2017-ci ildə Accor Qrup ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən yeni otel investisiya layihəsini, daha dəqiq desək, IBIS STYLES HOTELS Tbilisi Otelini açmağı planlaşdırır.
Dünyanın ilk gündəlik üslublu kafe-restoranı kimi təqdim edilən və şəhərin mərkəzində yerləşən DINEHALL Tbilisi restoranı yemək və incəsənəti bir araya gətirən konsepsiya ilə iyun ayında qapılarını qonaqların üzünə açdı.
MAQRO həmçinin pərakəndə satış sektorunda Bellissa mebel brendi ilə fəaliyyət göstərir.