MEDİA
Gürcüstandakı Green Diamond layihəsinin uğurunun sirri
Mənzillərin 50%-i bir həftəyə satıldı
MAQRO İnşaat şirkətinin yeni yaşayış kompleksi olan GREEN DIAMOND mayın 28-də istifadəyə verilib. 115 milyon ABŞ dolları dəyərində olan investisiya layihəsinin rəsmi təqdimatı keçirilib. Tədbir çərçivəsində həmçinin GREEN BUDAPEST yaşayış kompleksi tikintisinin uğurla başa çatması da qeyd olunub. Green Diamond-un tikintisi 3 mərhələdən ibarətdir. Birinci mərhələyə 731 mənzil daxildir. Qısa dövr ərzində cəmi 1 həftəyə birinci mərhələdəki mənzillərin yarısı artıq satılmışdı.
Tbilisinin ekoloji cəhətdən təmiz rayonunda, Olimpiya obyektlərinin yaxınlığında unikal yaşayış kompleksi tikilir. Green Diamond yaşayış kompleksinin yanında Şərqi Avropada unikal meqa layihə olan Texnoloji Universitet də qurulacaqdır. Yaşayış kompleksinin 70.000 m2-ə yaxın ərazisində 23.143 m2 daxili, yaşıllıq sahəsi var. Bu layihə sakinlərə Tbilisidə unikal, yeni, brend markalı və əlçatan həyat təklif edəcəkdir. Yaşayış kompleksində 23 yaşayış bloku və 1772 mənzil olacaqdır. Burada sakinlərin bütün ehtiyaclarını ödəyəcək 3 üzgüçülük hovuzu, 4 basketbol meydançası, 4 açıq fitnes meydançası, 4 uşaq meydançası, 7 pavilyon (besedka), qapalı idman obyektləri, gəzinti və qaçış yolları, ticarət sahələri, sosial terraslar, uşaq bağçası və məktəb olacaqdır.
Həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, ailələr burada ekoloji cəhətdən təmiz mühitdə, çoxşaxəli infrastruktura malik unikal kompleksdə yaşayacaqlar. Green Diamondun yeni sakinləri arasında şəhər mərkəzində, lakin eyni zamanda fərqli, təmiz və təbii mühitdə yaşamağa üstünlük verən çoxlu sayda gənc cütlüklər var. Kompleks həm də investisiya məqsədləri baxımından idealdır. Green Budapeşt ilk yaşayış kompleksi olduğundan MAQRO inşaatın keyfiyyət üzrə vizit kartına çevrildi.
Hal-hazırda Green Budapeştdə mənzillərin təhvil-təslim dövrüdür. Belə ki, insanlar buradakı yüksək keyfiyyətə əmin ola bilərlər. Qeyd etmək lazımdır ki, Green Diamond layihəsində istifadə olunacaq tikinti və təmir materialları Green Budapeştdəki materiallar ilə eyni olacaqdır. Green Budapeştin tikintisi vəd edilən vaxtdan da tez və ən yüksək keyfiyyətlə başa çatdırıldığı üçün bu dövr ərzində MAQRO inşaat insanların etimadını qazandı. Beləliklə, maraqlanan şəxslər satış ofisinə baş çəkə bilərlər. Burada 5 növ şourum mövcuddur ki, həmin şourumlarda Green Diamonddakı mənzillərin təmir və tikintisində istifadə olunan materiallarla eynilik təşkil edən materiallar təqdim ediləcəkdir.
Mənzillərin bu sürətlə satılmasının əsas səbəblərindən biri əlverişli və rahat ödəniş şərtlərinin olmasıdır. Bir kvadrat metr üzrə orta qiymət 750 ABŞ dollarıdır. Mətbəx mebeli, quraşdırılmış məişət texnikası və hamam qarniturası ilə birgə tam təmirli mənzillərin ilkin qiyməti 25 000 ABŞ dollarından başlayır. Müştərilər ilkin ödəniş kimi 2.500 ABŞ dolları və aylıq ödəniş qismində isə 250 ABŞ dolları ödəyəcəklər. Ödəniş şərtləri müştərilər üçün son dərəcə uyğunlaşdırılmışdır. Müştərilər mənzilin ümumi məbləğinin 10%-ni ilkin ödəniş olaraq ödəyəcək, məbləğin yerdə qalan 30%-i isə 30 aya bölünərək ayda 1% olmaqla müştərilər tərəfindən ödəniləcək, tikinti başa çatdıqda isə (may, 2018-ci il) müştərilər yerdə qalan son 60%-i yekun olaraq ödəyəcəklər. Bu zaman onlar bank kreditindən istifadə edərək krediti icarə haqqının bir hissəsindən çox asanlıqla ödəyə və digər hissədən öz məqsədləri üçün istifadə edə bilərlər.
Layihələrin İnkişafı, İctimaiyyətlə Əlaqələr, Satış və Marketinq sahəsi üzrə Baş Direktorun Müavini cənab Oğuz Kaan Karaerin bildirdiyinə görə yüksək satış əmsalı və Green Diamondun uğuru bazarda tələb olunan düzgün məhsulun yaradılmasıdır. Belə ki, insanlar bu fürsətdən çox fəal şəkildə istifadə edir və bu da bizi sevindirir.
Onun sözlərinə görə optimal planlaşdırma, əlçatan qiymətlər və sərfəli ödəniş şərtləri də buna səbəb olan əsas amillərdir. Sakinlərimiz sanki mənzil kirayəsində olduğu kimi ayda 250 ABŞ dolları ödəyir, lakin bu halda mənzil sahibinə çevrilirlər. Kompleks şəhərin tam infrastrukturla təmin olunmuş ekoloji cəhətdən təmiz hissəsində yerləşir. Kompleks sakinləri əslində nə məktəbə, nə də supermarketə getmək üçün kompleks ərazisini tərk etmirlər” deyə o bildirib.
Beynəlxalq şirkət olan MAQRO İnşaat şirkəti 2013-cü ildən bəri Gürcüstan iqtisadiyyatına sərmayə qoyur. Şirkət beynəlxalq bir şirkətdir və daha çox tikinti sahəsində fəaliyyət göstərir. MAQRO İnşaat Gürcüstan bazarına 70 milyon ABŞ dollarına qədər investisiya yatırıb və əlavə olaraq 150 milyon ABŞ dollarına qədər investisiya qoymağı da planlaşdırır.
MAQRO İnşaat bir sıra layihələri uğurla başa vurub: GREEN BUDAPEST yaşayış kompleksi, fransız Accor Qrupun 4 ulduzlu brend oteli olan Mercure Tbilisi Old Town oteli, Bellissa mebel mağazaları şəbəkəsi, Rustaveli prospektində yerləşən 5 ulduzlu DINEHALL restoranı. Açılış mərasimi iyunun 8-ə planlaşdırılır.
Yaxın vaxtlarda şirkət fransız Accor Qrupun “Ibis Styles” otelinin tikintisinə başlamağı planlaşdırır. MAQRO İnşaat hava limanına gedən şossenin yanında 20 000 m2-lik torpaq sahəsinə sahibdir. Burada ev və bəzək əşyaları ilə zəngin ticarət mərkəzinin tikintisini planlaşdırır.