MEDİA - Maqro.az

Tbilisiyə dəyərli sərmayə necə qoyulmalıdır?

Gürcüstana gələn turistlər potensial investorlardır. Bir məmnun turist öz müsbət təəssüratlarını bir çox insanlarla bölüşür. Sonradan turistlərin bir qismi Gürcüstana turist kimi səfər edir, digər bir qismi isə ölkədə kiçik və ya böyük layihələr həyata keçirməyi planlaşdırır. Bunu rəsmi statistika da açıq-aydın təsdiqləyir. Məhz bunun sayəsində Gürcüstanda həm turistlərin, həm də birbaşa xarici investisiyaların sayı durmadan artır.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, 2017-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstana qoyulan birbaşa xarici investisiyaların sayı 388,9 milyon dollardan artaraq 403,3 milyon ABŞ dolları olmuşdur. Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, birinci rübdə beynəlxalq turistlərin sayı 1 266 125 nəfərə çatıb. Bu göstərici əvvəlki ilin eyni dövründə 1 136 706 nəfər idi.

Səyahətçiləri və investorları Gürcüstanda bir çox amillər cəlb edir. Bu baxımdan Gürcüstandan Aİ və ya digər Şərq ölkələrinə vizasız gediş-gəliş xüsusilə diqqət çəkir. Bu, Gürcüstana sərmayə qoymağı planlaşdıranlar və buna görə də ölkəyə tez -tez səfər edənlər üçün əlavə rahatlıqdır.

Gürcüstanda iş görmək olduqca asandır. Bunu beynəlxalq reytinq də sübut edir. “Biznesin Aparılmasının Asanlığı” hesabatında Gürcüstan 190 ölkə arasında 16-cı yerdə qərarlaşıb. Bu o deməkdir ki, ölkədə sahibkarlıq subyektlərinin qeydiyyatı və ya fəaliyyəti minimum problemlərlə və xərclərlə üzləşir. Qanunvericilikdə investorun maraqları da yaxşı nəzərə alınıb. Bundan əlavə, Gürcüstanın coğrafi cəhətdən əlverişli mövqeyi və mülayim iqlimi investorlar üçün xüsusilə cəlbedicidir.

Gürcüstan çox təhlükəsiz ölkədir. İqtisadiyyatı dayanıqlıdır və sabit artım tendensiyası birmənalı xarakter daşıyır.

İnvestorların Gürcüstanda xüsusilə bəyəndiyi digər mühüm amil onun mehriban insanlarıdır. Ziyarətçilər və ya işgüzar səfərlər edən insanlar yerli əhalinin hər zaman onlara kömək etməyə hazır olduqlarını bildirirlər.

Bütün bunları nəzərə alsaq, Gürcüstanda daşınmaz əmlak almaq xarici vətəndaşlar üçün daha da dəyərli olur. Dənizlə dağın bir-birinə bu qədər yaxın olduğu ölkədə xaricilər çox vaxt mövsümi istirahət etmək üçün ev alırlar. Tbilisidə yaşıl komplekslərdəki daşınmaz əmlaklar həqiqətən də dəyərli bir sərmayəyə çevrilmişdir. Tbilisidə yalnız mövsümi istifadə üçün ev alan əcnəbilər daşınmaz əmlakı gəlir mənbəyinə çevirə bilərlər. Şəhərdə kirayə və ya icarə mənzillərin qiyməti durmadan artır. Buna səbəb isə tələbatın artmasıdır. Bunlar  yüksək keyfiyyətli təhsil almaq imkanları və yüksək standartlara cavab verən tibb müəssisələri də daxil olmaqla bir sıra amillərlə şərtlənir. Bu və digər amilləri nəzərə alsaq, Tbilisidə mənzillərin kirayə verilməsinə və ya icarəyə götürülməsinə tələbat kifayət qədər yüksəkdir.

Bu tendensiya xarici, xüsusən də şərq ölkələrinin vətəndaşları tərəfindən müşahidə olunmuşdur. Onlar getdikcə Gürcüstanda, xüsusən Tbilisidə çox aktiv şəkildə daşınmaz əmlak almağa başladılar. Bunu “Maqro İnşaat” şirkətinin statistik məlumatları da təsdiqləyir. Şirkətin köhnə və yeni yaşayış komplekslərində yaşayan xarici sakinlərin sayı xeyli artmışdır.

Tbilisidəki Green Diamond Kompleksi həqiqətən də özəldir və yeni ev sahiblərinə yaşayış kompleksində ev aldıqları təqdirdə dəyərli sərmayə qoyacaqlarını vəd edir. Yeni yaşayış kompleksinin layihəsi üç mərhələdən ibarətdir. Birinci mərhələ 731 mənzildən ibarətdir və 2018-ci ilin mayında başa çatdırılacaqdır. Unikal yaşayış kompleksi Tbilisinin ekoloji cəhətdən təmiz rayonunda, Olimpiya obyektlərinə yaxın ərazidə yerləşəcəkdir.

Yaşayış kompleksinin ümumi sahəsi 70.000 m2, daxili yaşıllıq sahəsi 23.143 m2 olan ərazini əhatə edən məkan sakinlərə Tbilisidə fərqli cür yaşamaq imkanı verir. Yaşayış kompleksində 1772 mənzilli 23 yaşayış bloku olacaq. Kompleksin sakinləri üçün 3 üzgüçülük hovuzu, 4 basketbol meydançası, 4 açıq fitnes meydançası, 4 uşaq meydançası, 7 pavilyon (besedka), qapalı idman obyekti, gəzinti və qaçış yolu, ticarət sahələri, sosial terraslar, körpələr evi və məktəb olacaqdır.

Əmlak mütəxəssisləri əcnəbilərin Tbilisidə, xüsusən də yeni yaşayış komplekslərində daşınmaz əmlak almaq marağının artdığını təsdiqləyir. Onların sözlərinə görə, əcnəbilərin Tbilisidə mənzillərə olan tələbatı artır. Bu amilləri, eləcə də statistik məlumatları nəzərə alaraq, aydın olur ki, Tbilisinin  yüksək keyfiyyətli və Avropa standartlarına uyğun yaşıl komplekslərində mənzil almaq əcnəbilərin bu şəhərə qoyduqları ən dəyərli sərmayələrdən biridir.